AZ

Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir-Nəsimi rayonunda qalmaqal

Mütəmadi olaraq qalmaqallı xəbərlər və vətəndaşların hüquqlarını pozması ilə gündəmə gələn “Pilot-16” tikinti şirkəti narazılıq yaratmaqda davam edir. Bu barədə Editor.az-a açıqlamasında şirkətin “Elegant Residence” yaşayış kompleksi tikməyə çalışdığı Nəsimi rayonu, Novruzov qardaşları küçəsinin bir qrup sakini məlumat verib.

Onların sözlərinə görə, şirkətin rəhbəri Aslan Quliyev sakinlərlə heç bir danışığa getmədən, müzakirələr aparmadan onları qeyri-adekvat şərtlər altında zorla 100 ilə yaxındır yaşadığı evlərdən çıxartmağa çalışır. Sakinlər bildirirlər ki, qalmaqallı şirkət bu məqsədlə Nəsimi rayon məhkəməsinə müraciət edib.

Sözügedən məhkəmədə keçirilən ilk iclas prosesində bəlli olub ki, şirkət məhkəməyə verdiyi şəxslərin hansı ünvanda, hansı şəraitdə yaşadığı barədə ümumiyyətlə məlumatsızdır və məhkəməyə qədər prosesdə onlarla hər hansı müzakirələr aparılmayıb.

İclasda hakim Ceyhun Tağıyev şirkət təmsilçilərinə növbəti prosesə qədər vətəndaşlarla görüşərək sökülməsi tələb olunan evlərə yerində baxış keçirməklə bağlı tövsiyyə verib.

Sakinlər qeyd edir ki, uzun müddətdir ərazidə etdiyi qanunsuzluqlara baxmayaraq cəzalandırılmayan şirkət bundan güc alaraq məhkəmənin də tövsiyyəsini heçə sayır. Şirkət nümayəndələri müxtəlif dairələrdə məhkəmə prosesinin artıq həll olunduğu, sakinlərlə danışığa ehtiyac olmadığı haqqında rəy yaratmağa çalışır. Sakinlər “Pilot-16” tikinti şirkətinin bir qrup vətəndaşı zorla evindən çıxartmaq istəyi ilə bağlı ölkə rəhbərliyindən dəstək xahiş edir.

//Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
8
editor.az

10Mənbələr