AZ

RAGB-nin VII Universiadası çərçivəsində minifutbol üzrə turnir keçirilib

Moskva, 13 may, AZƏRTAC

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkil etdiyi VII Universiada çərçivəsində Mərkəzi Ordu İdman Klubu stadionunun bazasında minifutbol üzrə turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, qalib adı uğrunda ali məktəblərin tələbələrindən və məzunlarından ibarət 20-dən çox komanda mübarizə aparıb.

Gərgin yarışmada üçüncü yeri Rusiya Gömrük Akademiyasının, ikinci yeri Rusiya Xalqlar Dostluğu Universitetinin komandaları qazanıb. Turnirin qalibi isə A.İ.Yevdokimov adına Moskva Dövlət Tibbi Stomatologiya Universitetinin komandası olub.

Xatırladaq ki, bu, RAGB-nin təşkil etdiyi sayca artıq yeddinci universiadadır. Universiada çərçivəsində şahmat, dama, stolüstü tennis, voleybol və futbol üzrə turnirlər təşkil olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
azertag.az

1Mənbələr