AZ

UFC turnirində rus və ukraynalı arasında döyüş ləğv edilib

Rusiyalı qarışıq üslublu döyüşçü (MMA) Şarabutdin Maqomedovla ukraynalı İqor Poterya arasında UFC turnirində döyüş ləğv edilib.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə jurnalist Nolan Kinq X sosial şəbəkəsində yazıb.

Səbəb həkim komissiyasının qərarı olub, belə ki, Poteriya mayın əvvəlində UFC 301-də braziliyalı Mişel Pereyra ilə uduzduğu döyüşdə ciddi zədə alıb  Qeyd olunur ki, UFC rəhbərliyi Maqomedova yeni rəqib axtarır.

Döyüşü UFC rəhbəri Dana White martın 28-də elan edib. Döyüş iyunun 22-də Səudiyyə Ərəbistanında keçiriləcək turnirdə baş tutmalı idi. Ukraynalı bütün çağırışları qəbul etdiyini və ona təklif olunan bütün döyüşlərə razı olduğunu bildirib.

29 yaşlı Maqomedov 12 döyüşdə 12 qələbə qazanaraq məğlubiyyətsiz döyüşçü olaraq qalır. 27 yaşlı Poterinin hesabında 20 qələbə və 5 məğlubiyyət var.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64

1Mənbələr

Şərh ()
Bağla