AZ

DEPUTATIN AVTOMOBİLİ PARTLADI – “Allaha şükürlər olsun ki...” (VİDEO)

“Vahid Rusiya” Partiyasının Həştərxan Vilayət Dumasınının, regional sosial siyasət komitəsi sədrinin birinci müavini Denis Xaritonovun avtomobili müharibə zonasında partlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.

Qeyd edək ki, hadisə zamanı deputat avtomobildə olsa da, heç bir xəsarət almayıb.

Yanan avtomobilinin görüntülərini payalaşan Xaritonov bunları qeyd edib: “Allaha şükürlər olsun ki, avtomobil dərhal yanmadı və yaralı döyüş yoldaşım Şmelin ailəsinə apardığım sənədlər və şəxsi əşyaları xilas edə bildim”.

Deputatın sözlərinə görə, mayın 12-də baş verən hadisə ilə bağlı istintaq işləri davam edir.

“AzPolitika.info”


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
azpolitika.info

1Mənbələr