AZ

Latviya Azərbaycanla logistika sahəsində əməkdaşlığa maraq göstərir - Rayvis Kronberq

Bakı. Trend:

Latviya Azərbaycanla logistika və beynəlxalq nəqliyyatdəhlizləri ilə yüklərin daşınması sahəsində əməkdaşlığa maraqgöstərir.

Trend xəbərverir ki, bu barədə Latviya Kənd Təsərrüfatı Nazirliyinin dövlətkatibi Rayvis Kronberq Azərbaycan-Latviya biznes forumundadeyib.

"Yeni geosiyasi reallıqları nəzərə aldıqda bu cür əməkdaşlıqbizim üçün vacibdir", - deyə Kronberq qeyd edib.

İqtisadiyyat naziri Sahib Məmmədov isə bildirib ki, çoxsaylınəqliyyat dəhlizlərinin bir hissəsi olan Azərbaycanın coğrafimövqeyi Latviya üçün əlverişli ola bilər.

"Asiyadan Avropaya yük daşımalarının qlobal geosiyasivəziyyətdəki dəyişikliklə əlaqədar olaraq bir çox logistikaproblemləri ilə üzləşdiyini nəzərə aldıqda, qədim İpək Yolunun birhissəsi olan və Avropanı Çinlə birləşdirən ən qısa ticarət yoluhesab olunan Şərq-Qərb nəqliyyat dəhlizi qitələrin bağlantısı üçünyeni əhəmiyyət kəsb edir", - deyə nazir müavini bildirib.

O, həmçinin, son on il ərzində Azərbaycanın Xəzər dənizindəilkin buraxılış gücü ildə 15 milyon ton olan və ildə 25 milyontonadək genişləndirilmə imkanına malik ən böyük ticarət limanınıninşa etdiyini qeyd edib.

"Xəzər regionunda səmərəli yük daşımalarını təmin etmək üçüngəmilər istehsal etmək gücündə olan Bakı Gəmiqayırma Zavodununuğurlu fəaliyyətini də qeyd etmək istərdim", - nazir müavinideyib.

O, "Orta Dəhliz"in İpək Yolunun ayrılmaz hissəsi olaraqpopulyarlıq qazandığını və işlənilən trafikin həcmində dayanıqlıartımın müşahidə olunduğunu bildirib.

"Orta dəhliz Latviya və Baltikyanı ölkələr üçün maraqlı olabilər", - S.Məmmədov deyib.

Onun sözlərinə görə, 2023-cü ildə bu marşrutla daşınan yüklərinhəcmi 86 faiz artaraq 2,7 milyon ton olub.

"Buradan çıxış edərək, tərəfdaşlıq əlaqələrinin daha damöhkəmləndirilməsi üçün Latviya şirkətlərinin fəal iştirakınıgözləyirik", - deyə naziri müavini əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61

1Mənbələr

Şərh ()
Bağla