AZ

"Qərb Ukrayna üçün döyüşəcəksə, biz buna hazırıq"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbə müharibə mesajı verib.

News24.az xəbər verir ki, Nazir Lavrov dövlətə məxsus RİA xəbər agentliyinə verdiyi açıqlamada “Qərb Ukrayna uğrunda döyüşmək istəyirsə, Rusiya buna hazırdır” deyib.

Qeyd edək ki, Kreml keçən həftə NATO qoşunlarının Ukraynaya göndərilməsinin potensial olaraq son dərəcə təhlükəli olacağını və Moskvanın Ukraynanın belə bir müdaxiləyə çağıran petisiyasını diqqətlə izlədiyini söyləyib.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron daha əvvəl Ukraynaya qoşun göndərə biləcəklərinə işarə edib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
1
news24.az

2Mənbələr