AZ

“Toya 95 minə getmişəm” - Bilal Əliyev

“Mən özüm televiziyalarda çox görünməyi sevmirəm.  Az olsun, yaxşı olsun”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Bilal Əliyev “Günaydın Azərbaycan” verilişində deyib.

Sənətçi jurnalistlərlə yaşadığı problemlərdən danışıb:

“Biz televiziyalardan pul almırıq, əsas pulu toylardan alırıq. Biz toylara getməyə məcburuq. Jurnalistlər tez-tez gəlib, mənə söz atırdılar. Bəs filan müğənni 6 minə gedir, başqası 10 minə gedir... Hər halda biz sənətimizin gücünü bilirik. Hörmətimizdən də xəbərdarıq. Onların adlarını çəkdiyi oxuyanlar bizim yanımızda 10-12 minlik oxuyandırsa, onda gərək biz 100 minlik oxuyan olaq. Mən də bir gün bütün jurnalistləri bir yerə yığıb, dedim ki, bu gündən etibarən mən 100 minə gedirəm. Elə onu demişdim ki, bir nəfər mənə zəng edib dedi ki, “sənə 95 min dollar verəcəm, toya gəl”. 10 min beh atdı. Toy Soçidə oldu. Sünnət oldu. Bir həftə sonra da bütün pulu mənə köçürdülər”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
bakivaxti.az

1Mənbələr