AZ

Məşhur aktyordan Sıla etirafı: “Onunla evlilikdən daha çox...”

Türkiyəli məşhur aktyor İlker Kaleli doğum gününü sevgilisi müğənni Sıla ilə qeyd edib.

Publika.az xəbər verir ki, restoranda dostları ilə şənlik təşkil edən cütlük gecənin sonunda jurnalistlərin suallarını cavablandırıb.

İlker Kaleli məşhur müğənni ilə münasibəti haqda bunları deyib: “Dördüncü ili tamamladıq. Biz buna hər gün əlavə etməyə davam edirik”.

Jurnalistlərin "Evlilik mümkündürmü?" sualına aktyor belə caba verib: “Təbii ki, hər kəsin öz evliliyi var, amma biz evlilikdən çox daha dəyərli və mənalı bir şey yaşayırıq. Biz bunu mütləq belə adlandırmaq məcburiyyətində deyilik. Biz belə bir ehtiyac hiss etmirik. Birlikdə çox xoşbəxtik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
publika.az

1Mənbələr