AZ

Bakıda "Təchizat Zənciri Liderləri Zirvəsi" öz işinə başlayıb

""Təchizat Zənciri Liderləri Zirvəsi" sayca 20-ci forumdur ki, həyata keçiririk və tərəfimizdən təşkilatçılıq olunur".

"Operativ Media" xəbər verir ki, bunu "ADMEDIA" reklam agentliyinin direktoru Sabit Məmmədov deyib.

"Tədbirimiz 3 paneldən ibarətdir. 1-ci panel dövlət satınalmaları haqqında danışılır. Dövlət satınalmalarında rəqabətdə şəffaflıqdır. 2-ci panel "Təchizat Zəncirinin Strateji İdarəedilməsi" haqqındadır. 3-cü panelimiz isə "Təchizat Zənciri: Gələcəyin dizaynı" adında olacaq. Tədbirə dövlət qurumlarından spikerlər dəvət olunub və onlar verilən sualları cavablayırlar. Sualların əsas hissəsini yanvar ayının 1-dən qüvvəyə minmiş "Dövlət satınalmaları haqqında" qanun və onunla bağlı edilmiş dəyişikliklər təşkil edir. 2-ci panelimizdə Rəqabət haqqında qanunvericilikdən danışılacaq. Rəqabət haqqında qanunvericiliklə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən  Əhməd Həsənov çıxış edəcək" , - o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36

1Mənbələr

Şərh ()
Bağla