AZ

İndoneziyada vulkan püskürməsi baş verib

İndoneziyada

Bakı, 13 may, AZƏRTAC

Bu gün səhər İndoneziyada İbu vulkanı püskürərək 5 kilometrədək hündürlüyə qalın kül buludları atıb.

AZƏRTAC xəbər verir ki, vulkanın təhlükəsizliyi böyüklüyünə görə ikinci səviyyədə olaraq qalmaqdadır. Bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Risklərin Azaldılması Mərkəzinin rəhbəri Hendra Qunavana öz bəyanatında bildirib. Onun sözlərinə görə, vulkanın 5 kilometr radiusunda hər cür fəaliyyətə qadağan qoyulub.

İndoneziya Sakit okean alov halqasında yerləşir, Vulkanoloji Xidmətin məlumatına görə burada 127 aktiv vulkan var.

Son həftələr Ruanq vulkanının püskürməsi nəticəsində 12 mindən çox insan təxliyə olunub.

Qeyd edək ki, ötən ilin dekabrında Sumatranın ən aktiv vulkanlarından biri olan Maralinin püskürməsi və ətrafa 3 kilometr hündürlükdə boz kül buludları atması nəticəsində 20-dən çox insan həlak olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1

1Mənbələr

Şərh ()
Bağla