AZ

Almatı müzakirələrinin pərdəarxası: nə baş verəcək?

Cənubi Qafqazda sülh nə zaman bərqərar olacaq? AzərbaycanlaErmənistan arasında yekun sülh sazişi nə zaman imzalanacaq?

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişininimzalanmasına yönəlmiş proses çətinliklə, problemlərlə vəmaneələrlə olsa da, davam edir.

Prosesin növbəti mərhələsi iki ölkənin xarici işlər nazirlərinin- Ceyhun Bayramovun və Ararat Mirzoyanın - Almatıda görüşü vədanışıqları oldu.

Görüşlə bağlı rəsmi məlumat çox qısa və azdır.

Azərbaycan XİN-in məsələ ilə bağlı yaydığı açıqlamasınıxatırlayaq: "Nazirlər delimitasiya üzrə irəliləyişi və bununlabağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onlarınnümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün vədövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfliSaziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalanməsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar. Səfərçərçivəsində nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xariciişlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, ocümlədən üçtərəfli formatda görüşüblər. Nazir Ceyhun BayramovAzərbaycan ilə Ermənistan arasında danışıqlara ev sahibliyietdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib".

Açıqlama yetərincə nikbin ruhdadır.

Bəzi ehtimallara görə, yekun sülh sazişi bu ilin sonuna kimiimzalana bilər. Həmin ehtimalların reallaşma şansı yüksək olmasada, onlar mövcuddur.

Rəsmi Bakı və İrəvan onillərdən bəri həllini gözləyənproblemlərit çözmək niyyəti kimi konstruktiv təzahürünmüəllifləridir. Azərbaycanla Ermənistan arasındakı şərti dövlətsərhədinin delimitasiyası və demarkasiyası, hələ də erməniişğalında olan kəndlərimizin bütnülüklə azad edilərək qaytarılması,sülh sazişinin imzalanması, dövlətlər arasında diplomatikmünasibətlərin qurulması, nəqliyyat kommunikasiyalarının vəloqistika marşrutlarının bərpası ilə yenilərinin istifadəyəverilməsi və s. məsələlər həllini gözləyir.

Beynəlaxlq təşkilatlar, dövlətlər və siyasətçilər olmadan,vasitəçilər və moderatorların cəlb edilməməsi ilə iki tərəfarasında aparılan birbaşa danışıqlar effektiv seçim olduğunu artıqsübut edib.

Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərqurulandan sonra isə iki dövlət arasındakı təmasları,kommunikasiyaları və müzakirələri təmin etmək üçün ümumiyyətlə,vasitəçilik mexanizmlərinə zərurət qalmayacaq.

Danışıqların Almatı mərhələsinin potensialına və xüsüsilə dəperspektivlərinə gəldikdə isə, ifrat nikbinlik üçün hələlik zərurizəmin yoxdur. Səbəb Ermənistandakı revanşist qüvvələrinaktivləşməsi, baş nazir Nikol Paşinyanın istefası,Azərbaycana 4kəndin təhvil verilməsi, şərti dövlət sərhədinin demarkasiyası vədelimitasiyası prosesinin dərhal dayandırılması tələblərininsəslənməsidir.

Ermənistanın müstəqil dövlət olduğu gündən bəri ilk dəfədir ki,bu ölkədə Erməni Həvarifun (Apostol) Kilsəsi (EAK), sabiqprezidentlər Robert Köçəryan və Serj Sarqsyanın rəhbərliketdikləri, əslən Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılarklanı" və xarici ölkələrdəki erməni diasporunun aparıcıtəşkilatları bir araya gəliblər.

Onların məqsədi Ermənistanın baş naziri Nikol Paşinyanıhakimiyyətdən kənarlaşdırmaq, "yeni hakimiyyət" adı ilə"sabiq"lərin geridönüşünü təmin etməkdir.

Məhz bu səbəbdir ki, hazırda Ermənistandakı "etirazaksiyaları"nın real, hələlik kölgədə duran rəhbəri RobertKöçəryandır.

N.Paşinyanın hakimiyyətdən getməsində Rusiya ilə yanaşı, ilkbaxışdan paradoksal görünsə də, Fransanın siyasi isteblişmentimaraqlıdır. Yekun sülh sazişinin imzalanması, şərti dövlətsərhədinin demarkasiyası və delimitasiyası rəsmi ParisinErmənistanla bağlı planlarına qətiyyən cavab vermir.

İrəvanın Bakı ilə birbaşa danışıqlar aparması və perspektivdəsülh sazişinin reallaşması Fransa prezidenti Emmanuel Makronuermənilər vasitəsilə Cənubi Qafqazdakı proseslərə təsirimkanlarından məhrum edir. Parisin bölgəmizdə bağlı geosiyasiplanları isə aydındır: regionda gərginlik sporadik aktivləşmələrdədaimmi olmalı, Türkiyə və Azərbaycanın geosiyasi imkanlarıməhdudlaşdırılmalı, İrəvan Parisdən fasiləsiz asılı durumdaqalmalıdır.

Emmanuel Makron anlayır ki, Azərğaycanla Ermənistan arasındasülh sazişinin imzalanması sadəcə, Bakı-İrəvan yox, Ankara-İrəvanistiqamətində də irəliləyişlərpə səbəb olacaq, Transxəzər nəqliyyatdəhlizi inkişaf edəcək, Cənubi Qafqazda stabillik artacaq, sondabütün Avrasiya məkanına müsbət geosiyasi təsirlər reallaşacaq.

Xüsusilə də Ermənistan XİN-nin rəhbəri Ararat Mirzoyanın "sülhsazişinin detalları ilə yanaşı, nəqliyyat kommunikasiyaları iləbağlı məsələləri də müzakirə edərək işləməyə hazırıq" açıqlamasıİrəvanla bağlı məlum planları olan güc mərkəzlərini ciddi narahatedib.

Çünki məhz bu məsələlər İrəvanın indiyədək ən müxtəlifbəhanələrlə boyun qaçıraraq müzakirə etmək istəmədiyi nüanslardır.Bakı və İrəvan arasında nəqliyyat kommunikasiyaları problemihəllini taparsa, Transxəzər nəqliyyat dəhlizi marşrutunun önəmidəfələrlə artacaq.

Təbii ki, sülh sazişi ilə bağlı vəziyyət sadə deyil. Sənəd eləbir formatda, məzmunda və formada olmalıdır ki, AzərbaycanlaErmənistan cəmiyyəti, informasiya və siyasi məkanı tərəfindənmüsbət qəbul olunsun.

Azərbaycanda sazişin imzalanması təbii ki, təqdir ediləcək.

Ermənistana gəldikdə isə, vəziyyət diametral dərəcədə əksdir:qonşu ölkədə fəallaşan, daha doğrusu, fəallaşdırılan revanşistqüvvələr və hazırda Paşinyana qarşı formalaşmış "koalisiya" heç birhalda sülh sazişinin imzalanmasını istəmir.

Halbuki sülh sazişinin imzalanması, Azərbaycan və Türkiyə iləsərhədlərin açılaraq normal münasibətlərin qurulmasına başlanmasıErmənistanın inkişafını şərtləndirən əsas məqamlardır.

Amma Ermənistandakı mövcud situasiya hələ də çözülməyib.

Bu səbəbdən İrəvandakı vəziyyətin baha da gərginləşməməsi,revanhistlərlə kilsəyə, Köçəryan-Sarqsyan duetinə və kənardanmaliyyələşən qruplara siyasi demaqogiya üçün kart-blanş verməməküçün sülh sazişi layihəsinin önəmli məqamlarının bir qədər sonraaçıqlanacağı istisna deyil.

Danışıqlara gəldikdə isə, Bakı və İrəvan arasında istənilənbirbaşa təmaslarla müzakirələr irəliyə doğru bir addımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
4
az.trend.az

5Mənbələr