AZ

Mirzoyan Ermənistanın sabiq XİN başçısını "dezertir" adlandırdı

Bu insanlar Almatı bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəfə almasının qəsdən olub-olmadığını deyə bilmərəm, ancaq onlar bu hərəkətləri ilə Ermənistanın suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəfə alırlar. 

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin sabiq xarici işlər nazirlərinin Almatı bəyannaməsinin Azərbaycanla sərhədin delimitasiyası üçün əsas ola bilməyəcəyi ilə bağlı mövqelərini şərh edərkən deyib.

Sabiq xarici işlər nazirlərini "dezertir"likdə ittiham edən Mirzoyan deyib ki, onlar öz postlarını, səngərlərini tərk etmiş fərarilərdir: "Bundan sonra bu adamlara, onların mövqelərinə münasibətdə zərrə qədər ciddi ola bilmərəm. Bu, ən yumşaq qiymətləndirmədir. Amma reallıq bundan da pisdir. Ən yaxşı halda, istəmədən, ən pis halda başqa ölkənin diktəsi ilə edirlər”, - Mirzoyan bildirib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
3
olke.az

10Mənbələr