AZ

Bir gündə Məşğulluq Agentliyinin 3 tenderi ləğv edildi


Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən 3 tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com
xəbər verir ki, müsabiqələr “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1 və 36.1.2.-ci maddələrinə əsasən ləğv edilib.
Qanunun 36.1.1.-ci maddəsində göstərilir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda müsabiqə ləğv olunur. 36.1.2.-ci maddədə isə göstərilir ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmadıqda müsabiqə ləğv edilir.
Məlumat üçün onu da bildirək ki, tender müsabiqələrinin keçirilməsinə nəzarət edən qurumun - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməd Abbasbəyli ilə tender müsabiqəsi ləğv olunan qurumun – Dövlət Məşğulluq Agentliyinin rəhbəri Musatafa Abbasbəyli qardaşıdır.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
yeniavaz.com

3Mənbələr