AZ

“Qadınlar və yollar. Özünə gedən yol” layihəsinə dair dəyirmi masa və mətbuat konfransı keçirilib

Bakı, 13 may, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə məşhur “Qadınlar və yollar. Özünə gedən yol” layihəsinin bu il ölkəmizdə keçirilməsinə dair dəyirmi masa və mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada Azərbaycanda təhsil, sahibkarlıq, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən xanımlar iştirak edib.

“Qadınlar və yollar. Özünə gedən yol” rejissor tandemi iki işgüzar xanım və yaradıcı qadınların layihəsidir. Bunlar məhşur uşaq yazıçısı Kristina Kretova və bəstəkar-müğənni Anna Kamenyevadır.

Anna Kamenyeva bildirib ki, layihə çərçivəsində artıq 4 film çəkilib. Kinoteatrlarda və internetdə nümayiş olunan filmlər tamaşaçıların çoxsaylı məhəbbətini və çoxsaylı beynəlxalq film festivallarının mükafatını qazanıblar. Hazırda Birləşmiş Ərəb Əmirlikləri haqqında filmin çəkilişi davam edir. Tədbirdə iştirak edən xanımlar özləri və təmsil etdikləri təşkilat haqqında məlumat veriblər, Azərbaycan xanımlarının ictimai-siyasi həyatdakı rolundan, qadınlara göstərilən dövlət qayğısından və onlara yaradılan şəraitdən danışıblar.

Azərbaycanda davam edən sosial-iqtisadi inkişafın qadınların həyat və fəaliyyətlərinə də müsbət təsir göstərdiyini deyən “Mini Boss” Bakı Biznes Məktəbinin təsisçisi Nərminə Həsənova bildirib ki, “Qadınlar və yollar. Özünə doğru yol” layihəsi Azərbaycan qadınlarını bir araya gətirib.

“Layihə çərçivəsində çəkilən film Bakıda qadın sürücülər və digər sahələrdə fəaliyyət göstərən xanımlar haqqında olacaq. “Mini Boss” Bakı Biznes Məktəbi də bu layihə çərçivəsində xanımlara ustad dərsləri verəcək, başqa ölkələrdə qadınların həyatını əks etdirən filmlər nümayiş olunacaq”, - deyə N.Həsənova əlavə edib.

10.51

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə məşhur “Qadınlar və yollar. Özünə gedən yol” layihəsinin bu il ölkəmizdə keçirilməsinə dair dəyirmi masa və mətbuat konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə ictimai-siyasi həyatda fəaliyyət göstərən xanımlar iştirak edir, layihə barəsində məlumat verilir və xanımların yol hərəkatında iştirakı məsələləri müzakirə edilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
azertag.az

1Mənbələr