AZ

Xarkova hücum Kiyevi danışıqlara məcbur edəcək - New York Times

Rusiya ordusunun Xarkova uğurlu hücumu Qərbi və Ukraynanı Moskva ilə danışıqlara başlamağa məcbur edə bilər. xəbər verir ki, bu barədə New York Times qəzeti yazıb.

Məqalədə qeyd edilir ki, Rusiyanın hücumu ukraynalıları və onların müttəfiqlərini tamamilə ruhdan sala bilər. Bundan əlavə, hərbi ekspertlərin fikrincə, Rusiya Silahlı Qüvvələrinin son zamanlardakı fəaliyyəti Ukraynanı xeyli təhlükəli duruma salıb.

Qəzet yazır: "Bu hücum hələ baş verməyib, amma Xarkova hücum baş verərsə, görünən o olacaq ki, iki ildən sonra yüz minlərlə qurban və milyardlarla dollar çox az şeyi dəyişib".

Qəzet vurğulayır ki, bunu başa düşən Qərb çox güman ki, Rusiya ilə barışıq danışıqları aparmaq üçün Ukraynanın rəhbər şəxslərinə təzyiqi artıracaq.

Nəşr onu da qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin komandirləri artıq Xarkov vilayətindəki uğursuzluqlara görə bir-birini ittiham edir, eyni zamanda müdafiə strukturlarının olmamasından şikayətlənirlər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50

1Mənbələr

Şərh ()
Bağla