AZ

Adi külün bilmədiyiniz faydaları

Sizcə keçmişdə müasir təmizlik vasitələri və ağardıcılar olmadan insanlar ağ paltarları necə yuyub təmizləyirdilər? 

Qədimdə Avropada ağ paltarları təmizləmək üçün sidikdən istifadə olunub. Ümumi tualetlərdə toplanmış sidik yığılır, ağ libaslar sidikdə islağa qoyulduqdan sonra yuyulurdu.

Şərqdə isə ağ paltarları yumaq üçün daha yaxşı vasitə tapmışdılar. Ağ paltarı adi odun külü və bitki yağı ilə birlikdə suda qaynadırdılar. Nəticə effektiv olurmuş.

Kül həmçinin bulaşıq qab-qacağı sürtüb təmizləmək üçün əla vasitədir. Kənd yerlərində indi də küldən bu məqsədlə istifadə olunur. Bundan əlavə  həyətdə odunla yanan ocağın üstünə qazan qoyanda qazanın ətrafına təmizləyici vasitəyə qarışdırılmış kül çəkəndə qazan nə qədər hisli olsa da, suyun altına tutan kimi təmizlənir.

Həmçinin azyaşlıları bişməcədən də xilas edə bilər. Ovulmuş narın külü istidən bişməcə olmuş, sürtülmüş nahiyəyə sürtməklə dərinin əvvəlki görkəmini bərpa etmək mümkündür.

Kül bağça və bağlarda bitkilərin sağlamlığını da qorumaq üçün əla vasitədir. Belə ki, əgər əkdiyiniz bitkiləri həşəratların, ağaclara ziyan verən xırda canlıların yumurtalarından qorumaq istəyirsinizcə bitkilərin üstünə kül və ya kül qarışdırılmış su çiləmək yetərlidir.

Onu ağacların dibinə tökmək də gübrə qədər faydalıdır.

Siçan və siçovullar kül tökülmüş yerlərdən uzaq dururlar.

Küllə dişləri ağartmaq da mümkündür.  Onun suyu saçlar və saç dərisi üçün faydalıdır. (lent.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
kanal.az

1Mənbələr