AZ

ATƏTAzərbaycan və Ermənistan arasında vasitəçilərsiz danışıqları dəstəkləyir

ATƏTAzərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyir.

Bu barədə İrəvanda səfərdə olan  ATƏT sədri  Yan Borq Ermənistan XİN rəhbəri ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki,  ATƏT sədrlik edən Malta öz fəaliyyətində şəffafdır və dürüstdür.

"Biz hərtərəfli və dayanıqlı sülh sazişinin əldə olunması üçün Azərbaycan və Ermənistanı apardıqları danışıqlarda dəstəkləməyə davam edəcəyik. Biz anlayırıq ki, hər iki ölkə öz məsələlərini aydınlaşdırmaq və həll etmək üçün ikitərəfli səviyyəyə üstünlük verir və ATƏT olaraq biz bu yanaşmanı dəstəkləməyə hazırıq. Malta hər iki ölkə ilə dost münasibətlərə malikdir", - Yan Borq vurğulayıb.

Baş katib sülh danışıqlarının gedişatını şərh etməyib.

“Əgər konstruktiv olsam ayrı-ayrı səviyyələrdə baş verən görüşlərdən sonra tərəflərin öz fikirlərini bildirməsini onların öhdəsinə buraxardım. Mən reallıqda ikitərəfli müzakirələrin bir hissəsi olmadığımız halda öz mövqeyimi bildirsəm, prosesə qətiyyən kömək etmiş olmaram. Təşkilat iki ölkə arasında məsul aktor deyil. Biz hər iki ölkənin qərarlarına hörmətlə yanaşırıq”, - o deyib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
visiontv.az

1Mənbələr