AZ

Donald Kuper: Təbii fəlakətlərin sayı yüksələn xətlə artır

Donald

Bakı, 13 may, AZƏRTAC

“Dünyada təbii fəlakətlərin sayı yüksələn xətlə artır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Şəffaflıq departamentinin direktoru Donald Kuper Bakıda “İkiillik şəffaflıq hesabatlarının hazırlanmasında inam və potensialın yaradılması üzrə” təlim-seminarda söyləyib.

O bildirib ki, tez-tez baş verən təbii fəlakətlər ölkələrə baha başa gəlir və çoxlu insanların həyatlarına təsir edir.

Kuper ölkələrin öz ərazilərində baş verən təbiət hadisələri haqqında məlumat verdiyi üçün iki ildən bir şəffaflıq hesabatları (BTR) təqdim etməsinin vacibliyini vurğulayıb.

“Bu hesabatlar ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə əldə etdikləri irəliləyişləri izləyir,”- deyə, Kuper qeyd edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
azertag.az

1Mənbələr