AZ

Müəllimlərin hüqquları üzrə aktivist barədə yeni iş açılıb

Müəllimlərin

Tehran şəhəri Təhsil Nazirliyinin İnzibati Pozuntular Şöbəsi güneli aktivist Culfa şəhəri sakini Əli Hacı əleyhinə yeni iş açıb.

Gunaz.tv

İranının Müəllimləri Peşə Təşkilatlarının Koordinasiya Şurası bu barədə məlumat yayıb.

Şuranın bildirməsinə istinadən İnzibati Pozuntular Şöbəsinin Birinci Şöbəsi mayın 5-də aktivistə qarşı “ictimaiyyət düşüncəsində çaşqınlıq törətmə” ittihamı elan olunub.

Şöbə Əli Haciyə bildiriş göndərməklə 10 gün ərzində ittiham barədə özünü müdafiə etməsi tələb olunub.

Aktivist Əli Hacinin Teleqram hesabında açıqlamasına əsasən ona göndərilmiş bildirişdə “İnzibati Pozuntular Şöbəsini repressiya qüvvələrinin qolu” adladırması qeyd olunub.

“Bunlardan soruşmaq lazımdır ki, hələ əvvəlki iş barədə apellyasiya şikayətimin nəticəsi yekunlaşmadığı bir halda mənim sadə bir yazıma görə yeni işin açılması repressiya deyilsə nədir? ”

Bildirək ki, “Mənim Azərbaycanım” Teleqram kanalında Əli Hacinin peşə hüquqları və sairə barədə yazıları İnzibati Pozuntular Şöbəsi tərəfindən ona qarşı ittiham üzrə sübut kimi istinad olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
xalqcebhesi.az

1Mənbələr