AZ

ABŞ-dan Belausovun təyinatına münasibət...

Pentaqonun eks-rəhbəri Mark Esper, Rusiyanın  müdafiə naziri Sergey Şoyqunun Andrey Belausovla əvəzlənməsinə münasibət bildirib. Onun sözlərinə görə, Rusiyanın müdafiə nazirinin dəyişdirilməsi maraqlı addımdır. 

 "Moskvadan gələn ən əsas arqument ondan ibarətdir ki, Rusiya hərbi iqtisadiyyatında dönüş yaratmaq istəyir"- deyə Esper bildirib.

 The Washinqtin Post qəzeti, Putinin Belausovun namizədliyini irəli sürməsinə aydınlıq gətirərək yazır ki, yeni təyin olunan müdafiə naziri Putinə getdikcə artmaqda olan hərbi xərclərə nəzarəti gücləndirmək üçün lazımdır...

  Rusiyanın strategiya və texnologiya Mərkəzinin direktoru Ruslan Puxovun fikirincə, Belausov pilotsuz uçuş aparatlarının hərbiyə daxil edilməsində əsas rol oynayan fiqur sayılır.  Ekspert bildirir ki, bu layihə nüvə silahı, raket texnikası və hava hücumundan müdafiə sustemlərinin yaradılmasına bərabər tutula bilər.

 Politoloq Sergey Markov isə bildirir ki, Belausovun əsad vızifəsi Hərbi Qüvvələrə yeni texnelogiyanın gətirilməsindən, müdafiə nazirliyi sustemində baş alıb gedən korrupsiya ilə mübaruzə aparmaqdan ibarət olacaq. 

 Hərbi analitik İqor Korotçenko düşünür ki, Belausovun qarşıya qoyulan vəzifələri yerinə yetirmək tərcübəsi, Ukrayna müharibəsində qələbə qazanmağa kömək edəcək...

   Rüstəm Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
adalet.az

1Mənbələr