AZ

"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır

Rusiya prezidenti Vladimir Putin Serqey Şoyqunu müdafiə naziri vəzifəsindən azad edərək vəzifəyə Andrey Belousovu təyin edib. Ukrayna ilə müharibənin davam etdiyini nəzərə alsaq, hökümətdəki bu ciddi dəyişiklik hansı nəticələr verə bilər?

Məsələ ilə bağlı Ednews-a danışan ukraynalı deputat Aleksandr Merejko bu dəyişikliyin Rusiyada daxili vəziyyətin qarışıq olmasından qaynaqlandığını bildirib:

“İndiki vəziyyətdə kimin müdafiə naziri olmasının əhəmiyyəti yoxdur. Rusiya hökümətində olan bütün şəxslər Ukraynaya qarşı cinayət aparır. Gec-tez onlar Ukraynaya qarşı təcavüzdən tutmuş bütün cinayətlərinə görə beynəlxalq ədalət qarşısında çıxış edəcəklər.

Eyni zamanda, Rusiya hökumətində belə bir dəyişikliyin olması faktının özü də, Rusiya üçün işlərin pis getdiyinin sübutudur”.

Fərid.

Screenshot_15.png

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
ednews.net

1Mənbələr