AZ

Nazir müavini: “Azərbaycan Latviya ilə ticarət dövriyyəsini genişləndirməyə ümid edir”

Azərbaycan Latviya ilə ticarət dövriyyəsini genişləndirməyə və işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsində Latviya təcrübəsindən istifadə etməyə ümid edir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Latviya Biznes Forumunda deyib.

Onun sözlərinə görə, 2023-cü ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 65 milyon ABŞ dolları təşkil edib və bunun da 45 milyon ABŞ dolları (il ərzində 64 % artıb) Azərbaycandan Latviyaya ixracın payına düşüb:

“2024-cü ilin birinci rübündə ticarət dövriyyəsi 6 milyon ABŞ dolları təşkil edib. Lakin bu həcm iki ölkənin mövcud potensialına cavab vermədiyi üçün bizi qane etmir. İdxal və ixrac üçün malların çeşidini genişləndirmək üçün səy göstərməliyik”.

S.Məmmədov Latviya şirkətlərini kənd təsərrüfatının inkişafı və ümumilikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə layihələrdə iştirak etməyə, həmçinin bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
5
report.az

6Mənbələr