AZ

Cavanşir Feyziyevin “Avromed” və “Dokta”sını cərimələdilər – SƏBƏB

Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus “Avromed” və “Dokta” barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Avromed” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci madəsini, “Dokta” isə ticarət qaydaları əleyhinə olan 452.1-ci maddəsini pozub.
“Avromed” yol verdiyi xətaya görə (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) 1500 manat cərimə ödəməli olacaq.

“Dokta” isə apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilib.
“Avromed”lə bağlı işə 21 may tarixində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə, “Dokta” ilə bağlı işə isə 20 may tarixində Ninəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Roman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1

1Mənbələr

Şərh ()
Bağla