AZ

Səfəvi ordusunun səraslanı xatırlanacaq

Azərbaycan tarixinin qızıl dövrlərindən olan Səfəvi dövlətinin hakimiyyət illərnin öyrənilməsi  hər zaman aktualdır. Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətainin ən yaxın silahdaşlarından biri olan Əbdül Dədə bəy haqqında yeni maraqlı faktların əldə edilməsi və xalqa çatdırılması həmin dövrə sayğımızın nümunəsidir.Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin işğaldan azad edilmiş ərazilərin bərpasına, tarixi və mədəni abidələrin yenidən qurulmasına vətəndaş dəstəyini əks etdirən bir sıra layihələrlə yanaşı ömrünün son illərini Qarabağda, Ağdamın Abdal-Gülablı kəndində keçirən və məzarı da həmin kənddə olan Əbdül Dədə bəy haqqında layihəni maliyyələşdirilməsini təqdirəlayiq hadisədir. Azadlıq Hərəkatçıları İctimai Birliyinin həyata keçirdiyi "Tarixi irs: Qızılbaş səraslanı" layihəsinin rəhbəri, Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri Təhmasib Novruzovun layihə ilə bağlı fikirlərini təqdim edirik
        - 2020-ci ildə 44 günlük tarixi zəfər yürüşü nəticəsində işğaldan azad olunan ərazilərdə insanların yurd yerləri ilə yanaşı Azərbaycan tarixinin şanlı səhifələrini özündə əks etdirən abidələrimiz, məzarlıqlarımız da düşməndən azad edildi. Belə tarixi abidələrimizdən biri də Ərdəbildə anadan olmuş, Səfəvi ordusunun, Qızılbaşların səraslanı kimi tarixə düşən, ömrünün sonlarını Qarabağda, Ağdamın Abdal-Gülablı kəndində keçirən və burda vəfat edən, zövcəsi, Şah İsmayıl Xətainin bibisi Paşa xatunla birgə həmin torpaqda dəfn edilən Əbdül Dədə bəyin məzarıdır. Həm çar rusiyası, həm də sovet imperiyası Azərbaycanı müstəmləkəsi altında saxladığı dönəmlərdə unutdurmağa çalışdıqları bu məzar yerli əhalinin Dədə bəyə olan  böyük sevgisi sayəsində qorunub saxlanmışdır. Ermənilər Abdal-Gülablını işğal etdikdən sonra da insanlar bu məzar haqqında geniş ictimaiyyət qarşısında danışmaqdan çəkinmişlər. Çünki erməni vandalları bu barədə məlumatları olduğu halda həmin məzarı tamamilə yer üzündən siləcəkdilər. Lakin indi Müzəffər Ali Baş Komandan, xalqımızın yenilməz lideri İlham Əliyevin məqsədyönlü siyasi və hərbi gedişləri, eləcə də ordumuzun, qəhramam əsgər və zabitlərimizin şücaəti sayəsində bu yerlər azad edilmiş və artıq tarixi abidələrimizə sahib cızmaq zamanıdır.
         Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş komandan İlham Əliyevin tarixi irsimizə həssas münasibətinin nəticəsidir ki, dövlət və hakimiyyət orqanlarında da bu sahəyə daim xüsusi diqqət yetirilir. Elə bu inamla Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihə təqdim etdik və Agentliyin Müşahidə Şurası layihəyə dəstək verilməsi haqqında qərar qəbul etdi. Layihənin fəaliyyət planına uyğun olaraq Ağdam rayonunda yerli əhalinin və yerli icra strukturlarının nümayəndələri ilə birgə keçirilməsi nəzərdə tutulan tədbir Dədə bəy irsinin gündəmə gətirilməsi ilə bağlı atılan ilk addımdır.
        Əbdül Dədə bəyin Azərbaycan dövlətçiliyi tarixində xüsusi yer tutan sərkərdəlik bacarığı, vətənə və xalqa olan təmənnasız sevgisi bu günkü və gələcək nəsillər üçün əsil örnəkdir. Məhz Vətəni təmənnasız sevmək, lazım gələndə şəxsi istəklərini Vətən və Dövlət naminə qurban vermək kimi böyük ideallar daşıyıcısı olan Dədə bəy və Paşa xatun cütlüyünün bir-birinə olan tükənməz sevgi duyğuları, sədaqətləri də sonrakı nəsillər üçün etalon olmuş və bu gün də davam edir. Bu cütlüyün qanından olan, Abdal kəndində "Öylad" adlandırılan şəcərənin davamçıları arasında, Dədə bəyin və Paşa xartutun vəfatlarından ötən beş yüz illik zaman kəsiyində xanımını boşayan bir  kişi, ərindən boşanan bir qadın belə olmaması buna sübutdur. Gözəl nümunədir. Bu günün və gələcəyin ailələrinə belə nümunələri təqdim etməyinə dəyər...
       Bütün bu və digər məqamlar baxımından layihənin Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli olacağını düşünür və bunun üçün layihə rəhbərliyi olaraq əlimizdən gələni etməyə çalışırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
2
olaylar.az

3Mənbələr