AZ

Umayra Tağıyeva: Azərbaycanın iqlim dəyişikliyinə dair İkiillik Şəffaflıq Hesabatı COP29-dan əvvəl təqdim olunacaq

Umayra

Bakı, 13 may, AZƏRTAC

“Azərbaycanın iqlim dəyişikliyinə dair İkiillik Şəffaflıq Hesabatı (BTR) COP29-dan əvvəl təqdim olunacaq”.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “İkiillik şəffaflıq hesabatlarının hazırlanmasında inam və potensialın yaradılması üzrə təlim” seminarında deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın iqlim sahəsində üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirməsinə sadiq qalmağını açıq şəkildə göstərir.

Nazir müavini həmçinin qeyd edib ki, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfinə nail olmaq üçün birgə səylərin göstərilməsinə ehtiyac var.

“Paris Sazişindən irəli gələn öhdəliklərimizi yerinə yetirmək üçün fəal tədbirlərin görülməsi olduqca zəruridir”- deyə, Umayra Tağıyeva vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
azertag.az

1Mənbələr