AZ

60 ildən sonra Çempionlar Liqasında çıxış edəcək

İtaliyanın "Bolonya" klubu 60 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında çıxış edəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Tyaqo Mottanın rəhbərlik etdiyi kollektiv turnirin qrup mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

A Seriyasının 36-cı turunda "Atalanta"nın "Roma" üzərində qələbəsindən sonra "Bolonya"nın 5-ci pillədən aşağı düşməyəcəyi dəqiqləşib. Hazırda 3-cü olan komandanın 67 xalı var. Bununla yanaşı, Bolonya klubu ardıcıl 8 oyundur məğlub olmur. Eyniadlı şəhərin təmsilçisi ölkə çempionatında "Yuventus" (67 xal) və "Atalanta" (63 xal) ilə bürünc medallar uğrunda mübarizə aparır.

Qeyd edək ki, “Bolonya” yeddiqat İtaliya çempionudur. Klub həmçinin iki dəfə ölkə kubokunu, 1998-ci ildə isə İntertoto Kubokunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
4
bakivaxti.az

4Mənbələr