AZ

Mikroplastiklərlə zəhərlənmə infarkt və insult YARADIR

Mikroplastiklərlə zəhərlənən insanların infarkt və insult keçirmək riski yüksək olur. 


Sfera.az xəbər verir ki, bu araşdırma haqqında məlumatı Amerikalı ekoloq Metyu Kampen “Science News”a açıqlamasında bildirib. 


Ekoloq deyib ki, plastikin mikrohissəcikləri insan orqanizminə qida, su, hava və hətta dəri vasitəsilə daxil olur. Plastikin mikrohissəcikləri orqanizmdə çoxaldıqca damar tutulmalarını artırır. Onun sözlərinə görə, mikroplastiklərin insan orqanizminə təsiri gələcəkdə bir qədər də artacaq. 


Bu araşdırmada tibb elmləri doktoru Francesko Praticiso başda olmaqla italiyan tədqiqatçılar da iştirak edib. Onlar müəyyənləşdirib ki, damarların içərisindəki kiçik plastik parçalar ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır. Tədqiqatda aterosklerozlu (damar daralması – red.) 257 xəstə iştirak edib. Təhlil nəticəsində məlum olub ki, mikroplastiklərin olması infarkt və ya insult riskini təxminən dörd dəfə artırır. 


Vasif



 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
sfera.az

2Mənbələr