AZ

Romada son 20 ildə ilk dəfə

Romada keçirilən “Masters” turnirinin daha bir əfsanəsi məğlub olub. Novak Cokoviç gözlənilmədən Alexandro Tabilyo ilə bacarmayıb. Hər iki set çilili tennisçinin xeyrinə başa çatıb – 6:2, 6:3.

Xatırladaq ki, bir gün əvvəl Rafael Nadal da Hubert Hurkaça məğlub olmuşdu. İspan tennisçi Romada 10 dəfə, Cokoviç isə 6 dəfə çempion olub.

Beləliklə, son 20 ildə ilk dəfədir ki, ¼ final mərhələsində onlardan heç biri olmayacaq. Sonucu dəfə belə hal 2004-cü ildə baş vermişdi.

Mərhələnin digər oyunlarında gözlənilməz nəticələr qeydə alınmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34

1Mənbələr

Şərh ()
Bağla