AZ

Gecələr modemi söndürməməyin hansı fəsadları var?

Texnologiyanın inkişafı demək olar ki, hamımızı internetdən asılı vəziyyətə salıb.

 

Sfera.az xəbər verir ki, bu inkişafın həyatımızı asanlaşdırdığı danılmaz bir həqiqətdir və internet həyatımızın böyük bir qismini əhatə edib.

 

Amma gecə yatan zaman modemin söndürülməməyi düzgün deyil. Çünki modem elektomaqnit dalğaları yayır. Bu isə beyin və sinir sistemi mərkəzinə mənfi təsir göstərir.

 

Aparılan araşdırmalar göstərir ki, bu dalğalar böyrək inkişafına və hüceyrələrin formalaşmasına mane olur. Sağlam qalmaq üçün gecələr modemi söndürüb yatmaq tövsiyə olunur, yoxsa bu hal sağlamlığa ciddi ziyan vurur. Modemlərin yaydığı elektromaqnit şüaları insan yatsa belə beyin və sinir sağlamlığına zərər verir.

 

Modem radiasiyaya məruz qalmaq, baş ağrısı, yuxusuzluq, stress və hətta xərçəng kimi ciddi sağlamlıq problemlərinə səbəb olur.

 

Bundan başqa, gecələr bu cihazın işlək qalması elektrik enerjisi sərfiyyatını artırır.

 

Modemlə yatmağın sağlamlıq riskləri ilə yanaşı, təhlükəsizlik riskləri də var. Modem açıq qaldıqda ev interneti həmişə aktiv olur. Beləliklə, o, zərərli proqram və haker hücumlarına qarşı da həssas olur.

 

Modem söndürülmədikdə, şəxsi məlumatlar ev şəbəkəsindən oğurlana bilər.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1

1Mənbələr

Şərh ()
Bağla