AZ

Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın QEYB ELMİNƏ bəllidir

Moderator.az xəbər verir ki, Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, Quran əsasında 2 Elmi Kəşf müəllifi Rahim Abas oğlu Daşdiyevin 2012-2023 cü illər ərzində Quranda Allahın Özünü vəsf etdiyi mütləq sifətləri ilə yanaşı, Rəbbin digər sözləri, ifadələri və təsvirlərini əhatə edən çoxsaylı (mindən çox) adlar altında ayələrin sistemləşdirilməsi sayəsində əldə etdiyi ən mühüm nəticələrdən biri: Allahın kainat miqyasında tükənməz qeyb elmindən, bütün yaradılışı talelərilə birlikdə özündə cəmləşdirərək hər şeyi qoruyan Lövhi-məhfuzdan (və ya Ana kitabdan), funksional mələklərdən, bəzi peyğəmbərlər haqqında məlumatlardan, öncəki səmavi kitablardan qaynaqlanan QURAN ALLAHIN BƏNDƏLƏRİ ÜÇÜN TAKTİKİ (DÜNYA HƏYATI) VƏ STRATEJİ (AXİRƏT) ƏHƏMİYYƏTLİ MÜTLƏQ KİTABIDIR. 
 
Quran ayələri əsasında Allahın yaratdığı canlılar və o cümlədən varlıqlar:
 
1.Mələklər (nurdan yaradılıb) Allahın tapşırıqları ilə bağlı sırf funksional varlıqlardır;
 
2.Cinlər (tüstüsüz oddan yaradılıb, çoxalmaq nəsl vermək qabiliyyətinə malik varlıqlar) 
 
3.İnsanlar İlk insan varlığı olan Adəm gildən, zövcəsi isə onun özündən yaradılmışdır. ("Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!...)” (ən-Nisa, 1).  
 
4.Heyvanlar;
 
5.Bitkilər;
 
Allahın cinlər və insanlar qarşısına qoyduğu əsas öhdəlik:
 
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Əz Zariyat surəsi 51.56)
 
Quranda Allah həmçinin Cənnət əhli üçün yaradacağı 4-cü, 5-ci varlıqlar və ya 6-cı, 7-ci canlılalar haqqında da düşünən insanlar üçün ayələr (ixtisarla: 52.20, 52.24; 55.56, 55.58, 55.70, 55.72, 55.74; 56.17, 56.20-23, 56.34-37, 76.15, 76.16, 76.19; 78.33) vermişdir:  
 
52.20. Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik. 
 
52.24. Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar. 
 
55.56. Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır. 
 
55.58. Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.  
 
55.70. Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. 
 
55.72. Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır. 
 
55.74. Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır. 
 
56.17. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
 
56.20. (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr 
 
56.21. Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar). 
 
56.22. (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır. 
 
56.23. (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər. 
 
56.34. Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar! 
 
56.35. Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! 
 
56.36. Onları bakirə qızlar, 
 
56.37. Ərlərini sevən, həmyaşıdlar edəcəyik. 
 
76.15. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. 
 
76.16. Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər. 
76.19. Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.
 
78.33. Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
 
Bu ayələrlə bağlı Allah tərəfindən Cənnətdə yaradılacaq 4-cü və 5-ci varlıqlar haqqında düşünən insanlar üçün nəticələr:
 
• Cənnət əhli üçün yaradılacaq Huriləri Allahın 4-cü varlıqları adlandırmaq olar. Allah söyləmişdir ki (56.35): “Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!”. Deməli, 4-cü varlıqların nədən yaradılması bilgiləri yalnız və yalnız Allahın Qeyb Elminə bəllidir;
 
• Cənnət əhli üçün yaradılacaq həmişəcavan (xidmətçi) oğlanları Allahın 5-ci varlıqları adlandırmaq olar. 5-ci varlıqların nədən yaradılması bilgiləri də həmçinin yalnız və yalnız Allahın Qeyb Elminə bəllidir.
 
Beləliklə, Tükənməz Elm Mənbəyi olan Quran bilgilərinə əsasən belə qənaətə gəlmək olar ki, bütövlükdə Allahın yaratdığı canlıların sayı 7, varlıqların sayı isə 5 olur.
 
 
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
241
50

1Mənbələr

Şərh ()
Bağla