AZ

Moskva və Kiyev Ankaranın təklifinə niyəCAVAB VERMİR?

Ankaradakı diplomatik mənbə bildirib ki, Türkiyə müntəzəm olaraq Ukrayna üzrə İstanbul danışıqlarının bərpasının zəruriliyi məsələsini gündəmə gətirir.

“İki sahil” “RİA Novosti”yə istinadla xəbər verir ki, Türkiyə tərəfi hələlik cavab almayıb.

“Bizim tərəfimizdən daima ən yüksək səviyyədə təklif irəli sürülür. Cənab Rəcəb Tayyib Ərdoğan bu məsələni diqqətlə izləyir. Amma hələlik tərəflərdən konkret cavab yoxdur”, - Ankaradakı diplomatik mənbə bildirib.

Qeyd edək ki, Türkiyə Prezident dəfələrlə bildirib ki, Ukraynadakı münaqişənin sona çatması üçün səylərini davam etdirəcək. Rusiya prezidenti Vladimir Putin Taker Karlsona verdiyi müsahibədə demişdi ki, Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
ikisahil.az

1Mənbələr