AZ

Nazir müavini: Azərbaycandan Latviyaya ixrac 64 faiz artıb

Bakı, 13 may, AZƏRTAC

Bugünədək Azərbaycan ilə Latviya arasında 45 sənəd, eləcə də bəyannamə imzalanıb, ikitərəfli hüquqi baza yaranıb. Azərbaycan və Latviya arasında ticarət dövriyyəsi ötən il 65 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Latviya biznes forumunda çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycandan Latviyaya ixrac 64 faiz artaraq 45 milyon dollar olub.

“Bu il isə ölkələrimiz arasında ticarət dövriyyəsi 6 milyon dollar təşkil edib. Biz bununla qane ola bilmərik, bu istiqamətdə ciddi şəkildə çalışmalıyıq ki, göstəricilər artsın”, - deyə nazir müavini vurğulayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
azertag.az

2Mənbələr