AZ

İnvestisiya əməkdaşlığı Azərbaycan-Latviya iqtisadi əlaqələrinin mühüm sahələrindən biridir

1995-2023-cü illərdə Latviyadan Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 166 milyon dollar təşkil edib. Qeyd edilən dövrdə eyni həcmdə kapital qoyuluşu Azərbaycan tərəfindən Latviya iqtisadiyyatına yönəldilib.

Bunu Azərbaycan-Latviya biznes forumunda çıxış edərkən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu il fevralın əvvəlinə Azərbaycanda sənaye, nəqliyyat, ticarət və xidmət sahələrində Latviya kapitallı 69 şirkət qeydiyyatdan keçib ki, onlardan 48-i aktiv fəaliyyət göstərir.

“İnvestisiya əməkdaşlığı Azərbaycan və Latviya arasında iqtisadi əlaqələrin mühüm sahələrindən biridir. Latviya və Azərbaycan Aİ-nin ümumi dəyəri 9 milyon avro olan 8 Tvinninq layihəsində birgə iştirak edib. Nəzərə alsaq ki, Latviya ərazisinin təxminən 30 faizi kənd təsərrüfatı üçün ayrılıb və biz işğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatına yenidən inteqrasiyası və davamlı kənd təsərrüfatı üsullarının tətbiqi üçün böyük səylər göstəririk, mən əməkdaşlıq üçün böyük potensial görürəm”, - S.Məmmədov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90

1Mənbələr

Şərh ()
Bağla