AZ

Ev işi sevməyən xanımlar psixi xəstədir - ŞOK FAKTLAR+VİDEO

Qadınlarda "Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu"nun 9 ümumi simptomu açıqlanıb. Sağlamolun.az xəbər verir ki, bu barədə mentor Svetlana Miçurina sosial hesabında yayımladığı videoda danışıb.

"Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu" simptomları bütün cinslərə eyni dərəcədə təsir etsə də, qadınlarda daha cox rast gəlinir.
Bu xəstəliyi olan qadınlar həyat boyu xəstəliyin əzabını çəkir və onun simptomlarını xarakterinin xüsusiyyətləri kimi qəbul edir. Və nəticədə bu ağır depressiyalara səbəb olur.
Xanım evi ideal təmizləyir, həftə ərzində qurdugu nizami elə ozu dagidir. Əşyaları yerinə qoymaq kimi vərdişi formalaşdıra bilmir.
Çantanız müxtəlif köhnə qəbzlərlə doludursa, amma onları atmırsızsa, Oxuduğunuz və ya əksinə, hələ oxumağa başlamadığınız bir kitab varsa, köhnə, bitmiş dodaq boyası varsa, yenisini alsanız da, əvvəlkini atmırsınızsa, atılmalı əşyaları “na vaxtsa lazim olar” düşüncəsi ilə saxlayırsınızsa, Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu" DÇHP olma ehtimalınız var.
Bu xəstəlikdən əziyyət çəkənlər nəsə deyib, sonra peşman olur. Çünki düşünmədən danışırlar.
DÇHP pozuntusu xəstələri "zaman korluğu" anlayışı ilə mübarizə aparır. Vaxtın idarə edilməsi bu adamlar üçün çox çətin mübarizədir. Onlar ya çox gecikir, ya cox tələsir. Əsas problem əvəzinə xırda məsələlərdə diqqət cəmləyir.
Bir iş görəndə fikri min yerə dağılır.
Bu xəstələrin hər zaman qeyri-adi ideyaları, çoxsaylı innovativ layihələri, maraqlı hosbbiləri olur. Amma təəssüf ki, butun işləri yarımçıq qalır. Çünki bu xəstələr üçün hər şey və hamı tezliklə marağını itirir. Belə xəstələr bir partnyorla omur boyu yaşaya bilmir.
DÇHP xəstələri həmçinn yaddaşla bağlı problemlərlə üzləşir. Adlar yadında qalmır, tarixləri səhv salırlar.
Bu insanlara qərar vermək ən dəhşətli zülümdür, amm ayeni peşəyə sahiblənmək, təzə nəsə oyrənmək cox asandır. Belə xəstələr demək olar butun sahələrdə bacarıqlı, biliklidirlər.
Belə insanlar yeniliyə can atırlar və monoton, gündəlik işlər onları yorur və depressiyaya salır.
Paltarların yumaq və ütülənmək, qab yumaq kimi ev işləri onlarda dəşhət hissi yaradır.
Bu xəstələr emosiyalarını idarə edə bilmir, möhkəm gulur, səsli aglayır, həyəcanlı olanda qişqıraraq danışır.
Tanışları çox olsa da dostları ya az, ya hec olmur.
"Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu" ömür boyu davam edən xəstəlikdir. Bu simptomlarla necə mübarizə aparmağı öyrənmək vacibdir. Bunun üçün isə xəstələr öz güclü tərəflərinizi tapmalı, gündəlik həyatda istifadə etməli və bu xəstəlik üzrə mütəxəssisin nəzarətində olmalıdırlar.  

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
saglamolun.az

1Mənbələr