AZ

Türk dövlətləri arasında ortaq əlifba yaradılmalıdır? - Sorğu

Türk dövlətləri arasında ortaq əlifbanın formalaşdırılmasını 63% dəstəkləyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu, Türk Akademiyasının təşkilatçılığı ilə 2023-cü ilin may-iyul aylarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda ümumilikdə 6341 nəfər arasında keçirilən sorğuda yer alıb.

Sorğunun nəticələrinə görə, 5 ölkə üzrə respondentlərin ümumilikdə 77%-i ölkəsinin milli-mədəni dəyərlərini qorumalı və digər ölkələrə bənzəməməli olduğunu bildirib. 84% ailənin, cəmiyyətin milli adət-ənənələrə uyğun həyat tərzini vacib hesab edib. Eyni zamanda, əksəriyyəti türkdilli ölkələrin mədəni irsinə və xüsusiyyətlərinə maraq göstərib. Türk dövlətlərində yaşayan hər iki nəfərdən birinin digər türk dövlətindən olan dostu var.

Beş ölkə üzrə ümumilikdə 66% türk dövlətlərindəki hadisələrlə maraqlandığını bildirib. Bu göstərici Azərbaycan üzrə 76%-ə bərabər olub. Həmçinin 64% ortaq televiziya kanalının yaradılmasına dəstəyini ifadə edib. Bu, cəmiyyətlər arasında yaxınlığın göstəricisidir. 

Bundan başqa, 76% türk dövlətləri arasında münasibətlərin 20 il əvvəlki ilə müqayisədə yaxşı olduğu mövqeyini bölüşüb. Bu göstərici Azərbaycan üzrə 86%-ə bərabər olub. Türk dövlətlərinin xarici siyasətinin uyğunlaşdırılmalı olduğunu beş ölkə üzrə ümumilikdə 84% dəstəkləyib. 

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
bakivaxti.az

1Mənbələr