AZ

Kim Çen In KXDR-in yeni snayper tüfəngini sınaqdan keçirib

Şimali Koreya lideri Kim Çen In kiçik silah zavodunu ziyarət edib və səfəri zamanı Şimali Koreyada istehsal edilən yeni snayper tüfənginə xüsusi maraq göstərib.

Bu barədə KXDR Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

“O, yeni snayper tüfənginə maraq göstərdi və ən yaxşı xüsusiyyətlərə malik qürurverici snayper tüfəngi hazırladıqlarına görə Şimali Koreyanın alim və texniki işçilərini yüksək qiymətləndirdi”, – agentliyin açıqlamasında deyilir.

Qeyd olunur ki, Şimali Koreya lideri zavoda səfəri zamanı dövlətin atıcı silahları tamamilə yeniləmək niyyətini xüsusilə vurğulayıb.

Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
38
dogru.az

10Mənbələr