AZ

Dr.Nabil Seyidov “Diabetli pasiyentlərdə ürək çatışmazlığının menecmenti” mövzusunda təqdimatla çıxış edib

Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov dəyirmi masada “Diabetli pasiyentlərdə ürək çatışmazlığının menecmenti” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının həkimləri, rezident-həkimləri və tibb tələbələri iştirak ediblər. Mərkəzi Gömrük Hospitalının rəis müavini Dr.Nabil Seyidov çıxışında SGLT-2 ingibitorları və GLP 1 reseptor oqanesləri olan nəsil preparatlar barədə - onların faydası, yan təsiri, hansı xəstələrdə tətbiq olunub-olunmamasına dair mövcud sübutlara arxalanan məlumatları auditoriyanın diqqətinə çatdırıb.
Təqdimatdan sonra mütəxəssislərin iştirakı ilə sual-cavab və müzakirələr keçirilib. İlkin olaraq Mərkəzi Gömrük Hospitalında və ümumiyyətlə gələcəkdə bu növ dərman preparatlarının hansı xəstələr qrupunda istifadəsi daha məqsədəuyğundur, hansı xəstələr qrupunda istifadəsində ehtiyatlı olmaq lazımdır, bütün bunlarla bağlı həm həkimlər, həm rezidentlər arasında fikir mübadiləsi aparılıb, gələcək üçün potensial elmi araşdırmalar üşün mövzular müəyyənləşdirilib.
Həmçinin, ürək-damar xəstəlikləri ilə yanaşı tip-2 şəkərli diabeti olan pasiyentlərin menecmenti məsələləri, xüsusilə də yeni nəsil şəkərli diabet və ürək-damar xəstəlikləri riskinin azaldılmasına təsir edən innovativ dərman preparatlarının potensial istifadəsi müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1

1Mənbələr

Şərh ()
Bağla