AZ

Gürcüstan parlament komitəsi xarici agentlər haqqında qanun layihəsini dəstəkləyib

Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi xarici agentlər haqqında qanun layihəsinin yekun, üçüncü oxunuşda qəbul edilməsini dəstəkləyib.

Qaziler.az bildirir ki, bu barədə mayın 13-də “İmedi” telekanalı məlumat yayıb.

Komitənin rəhbəri Anri Oxanaşvili məruzəçi qismində çıxış edib. Üçüncü oxunuşda sənədə yalnız redaktə xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulurdu.

İndi layihə üçüncü oxunuşda plenar iclasda baxılmaq üçün göndəriləcək. Oxanaşvilinin sözlərinə görə, bu, çərşənbə axşamı, mayın 14-də baş tutacaq.

Eyni zamanda parlament binası yaxınlığında xarici agentlər haqqında qanunun qəbuluna etiraz aksiyası davam edir.

“İmedi” xəbər verir ki, orada Moldova vətəndaşı saxlanılıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
qaziler.az

2Mənbələr