AZ

İrəvanda etiraz aksiyası zamanı 80-dən çox insan saxlanılıb

 

 

İrəvanda 88 vətəndaş polis tərəfindən saxlanılıb. 

 

Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, səhər tezdən şəhərin müxtəlif yerlərində etiraz aksiyaları keçirilir.

 

Polisin məlumatına görə, hazırda Ermənistan paytaxtında bağlı və ya bloklanmış küçə yoxdur.


Qeyd edək ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gələndən sonra aprelin 20-dən başlayaraq N.Paşinyana qarşı etiraz aksiyaları keçirilir.

 

Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
missiya.az

1Mənbələr