AZ

Məmməd Abbasbəyli: Rəqabət mühitini formalaşdırmaq əsas məqsədlərimizdəndir"

"Rəqabət mühitini formalaşdırmaq bizim əsas məqsədlərimizdən biridir".

"Operativ Media" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Təchizat Zənciri Liderləri Zirvəsi"ndə deyib.

O bildirib ki, iqtisadiyyatın formalaşmasında əsas məsələlərdən biri də rəqabətdir.

"Rəqabətin mahiyyəti ondan ibarətdir ki, bu mühitin formalaşması ilə iqtisadi ədalət prinsipini təmin etmiş oluruq. Ölkəmizin iqtisadiyyatını böyütmək üçün yerli istehsalı və ixrac coğrafiyasını böyütməliyik. Bu dəyərləri formalaşdırmaqla ölkəmizin dünya miqyasında dayanıqlılığını təmin edəcəyik", - M.Abbasbəyli qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
operativmedia.az

1Mənbələr