AZ

Ermənistandakı etirazlarda 134 nəfər saxlanılıb - RƏSMİ

Bu gün yerli vaxtla saat 10:30-a olan məlumata görə, Ermənistandakı etirazlarda 134 nəfər saxlanılıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, saxlanılanlar müxtəlif polis bölmələrinə aparılıb.

 

Qeyd edək ki, Ermənistanda radikal və revanşist qüvvələr keşiş Baqratın rəhbərliyi altında Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına qarşı və baş nazir Nikol Paşinyana qarşı aksiyalar təşkil ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
5
modern.az

6Mənbələr