AZ

İrəvanda vətəndaş itaətsizliyi – 88 nəfər saxlanılıb

İrəvanda etirazçılar vətəndaş itaətsizliyinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları zibil qutuları və skamyalarla paytaxt küçələrini bağlayıblar.

Aksiyaların keçirildiyi yerə polislər cəlb edilib. Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, səhər saatlarında etiraz aksiyasının 88 iştirakçısı saxlanılıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gələndən sonra aprelin 20-dən başlayaraq Paşinyana qarşı etiraz aksiyaları keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
nocomment.az

1Mənbələr