AZ

Tərtər RMX-nın inzibati ərazisində həmişəyaşıl ağaclar əkilib  

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Tərtər Rayon Mərkəzi Xəstəxanasında ağacəkmə aksiyası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, aksiya çərçivəsində tibb müəssisəsinin inzibati ərazisində həmişəyaşıl ağaclar əkilib. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

 

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, eyni zamanda ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
aztibb.az

1Mənbələr