AZ

Böyük Britaniyadan iqtisadi rəqəmlər

Keçən həftə İngiltərə Mərkəzi Bankı (BoE) faiz qərarını açıqladı. Bank rəsmilərindən ikisinin faiz endirimini dəstəkləməsinə baxmayaraq, birjalarda bankın növbəti iclasında ilk endirimin gəlib-gəlməyəcəyi və ya bank üzvlərinin daha uzun müddət gözləyib gözləməyəcəyi ilə bağlı fikir ayrılığı yaşanır.

Fins.az xəbər verir ki, BoE-nin iyunun 20-də keçiriləcək növbəti iclasından əvvəl iki dəfə rəsmi məşğulluq məlumatları və iki dəfə inflyasiya rəqəmləri açıqlanacaq.

Çərşənbə axşamı günü təqdim ediləcək iki məşğulluq hesabatından birincisi, əmək haqqı artımlarının qiymət təzyiqlərini artırdığını göstərən əlamətlər üçün yaxından izləniləcək.

İqtisadçılar, bonuslar istisna olmaqla, orta həftəlik qazancın birinci rübdə illik 5.9% artacağını ehtimal edirlər. Proqnozlar güclü artıma işarə etsə də, maaş artımının yavaşladığını göstərəcək nəticələr, ehtimal ki, iyun ayında faiz endirimi ehtimallarını dəstəkləyəcək.

Ötən həftəyə 1.2540 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.2590 həddini test etsə də, burada müqavivətlə qarşılaşaraq ucuzlaşdı və həftəlik şamını 1.2445 səviyyəsində tamamladı. 

“Ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
fins.az

1Mənbələr