AZ

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101 İLLİYİ MÜNASİBƏTİ İLƏ DİNİ İCMALARIN ÜZVLƏRİ ARASINDA KEÇİRİLMİŞ YAZI MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANIB » AzadMedia.az


Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə dini icmaların üzvləri arasında keçirilmiş “Qüdrətli Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusundakı yazı müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ulu Öndərin Azərbaycanda dövlət-din münasibətlərinin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasındakı müstəsna xidmətlərinə diqqət çəkib.

Dövlət Komitəsi tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə çıxışlarında Ümummilli Liderin Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafındakı rolunu, habelə dini konfessiyaların ölkəmizdəki fəaliyyətinə göstərdiyi dəstəyi vurğulayıblar.

Sonda yazı müsabiqəsinin nəticələri elan edilib. Şəki şəhəri Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov I, Biləcəri qəsəbəsi “Birinci Məhəllə” məscidinin imam müavini Mehdi Sofiyev II, Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur Eyvazov III yerə layiq görülüblər. Sabirabad rayonu Kovlar kənd məscidinin imam müavini Rahil Əlicanov, Abşeron rayonu Xırdalan şəhər məscidinin imamı Elnur Əliyev, Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov isə həvəsləndirici mükafat qazanıblar.

Şəki şəhəri Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov milli-mənəvi irsə dövlət qayğısını qeyd edərək Ümummilli Liderimizin əsasını qoyduğu modelin bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, dinamik inkişafın başlıca qarantına çevrildiyini deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
1
azadmedia.az

2Mənbələr