AZ

“Bolonya” tarixində ilk dəfə ÇL-də çıxış edəcək

"Bolonya" tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq.

"Operativ Media" xəbər verir ki, İtaliya çempionatının başa çatmasına iki tur qalmış “Bolonya” ilk beşlikdəki yerini təmin edib. Növbəti mövsümdə İtaliyanın Çempionlar Liqasının qrup mərhələsində 5 iştirakçısı olacaq.

36-cı turda "Napoli"yə 2:0 hesabı ilə qalib gələn "Bolonya" 67 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan "Yuventus"un da eyni xalı var.

"Roma" "Atalanta"ya 1:2 hesabı ilə uduzub və 60 xalla 6-cıdır. “Atalanta” (35 oyun) 63 xalla 5-ci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79

1Mənbələr

Şərh ()
Bağla