AZ

AMEA prezidenti: Daşaltıda seysmoloji stansiyanın qurulması işləri başa çatmaq üzrədir

Bakı, 13 may, AZƏRTAC

“Qarabağda seysmoloji stansiyaların qurulması istiqamətində iş aparılır. Artıq Şuşa şəhərinin yaxınlığındakı Daşaltı kəndinin ərazisində birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir. Düşünürəm ki, bir aydan sonra işləri tamamlayıb Qarabağda birinci seysmoloji mərkəzi istifadəyə verə biləcəyik”.

AZƏRTAC xəbər verir ki, bunu “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib.

“Birinci seysmoloji stansiyadan sonra Qarabağın bütün ərazisində yeni seysmoloji mərkəzlərin qurulması işlərinə başlayacağıq. Bu da Qafqazda seysmik vəziyyətin daha dərindən öyrənilməsinə töhfə verəcək”, - deyə o bildirib

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
6
azertag.az

7Mənbələr