AZ

Zelenski Ukrayna əsgərlərinin Rusiyanın Su-25 tipli döyüş təyyarəsini vurduğunu açıqlayıb

Zelenski Ukrayna əsgərlərinin Rusiyanın Su-25 tipli döyüş təyyarəsini vurduğunu açıqlayıb



 10:29 13.05.2024     199

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna əsgərlərinin Donetsk vilayətində Rusiyanın Su-25 tipli döyüş təyyarəsini vurduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, Zelenski açıqlamasında “Donetsk vilayəti, 110-cu Mexanikləşdirilmiş Briqadası. Rusiyanın daha bir Su-25 təyyarəsini vurduğunuz üçün sizə təşəkkür edirəm” deyə bildirib.  Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında isə bildirilir ki, 110-cu Mexanikləşdirilmiş Briqadanın ukraynalı qırıcıları Avdiivka istiqamətində Rusiyaya məxsus Su-25 təyyarəsini vurublar. Ötən həftə Zelenski Rusiyanın Su-25 təyyarəsinin vurulduğunu açıqlamışdı.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
demedia.az

2Mənbələr