AZ

“Daşaltıda seymoloji stansiya qurulur”

“Ermənistan Qarabağı 30 ildən çox işğalda saxlayıb. Çoxlu sayda kəndlər, şəhərlər ermənilər tərəfindən dağıdılıb. Həmçinin Qarabağda işğaldan əvvəl mövcud olan 20-dən çox seysmoloji stansiya dağıdılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, artıq Daşaltıda birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir: “Mən 2 gün əvvəl  böyük tədbirin keçirilməsi üçün Qarabağa getmişdim. Prezidentin iradəsi ilə orada yeni tikintilər aparılır. Seysmoloji stansiyaların qurulması istiqamətində də iş aparırıq. Düşünürəm ki, Daşaltı ərazisində 1-ci seysmoloji stansiyadakı işləri bir ay ərzində tamamlayacağıq. Türkiyənin AFAD-ı ilə birlikdə yaratdığımız bu stansiyadan sonra Qarabağ ərazisində digər stansiyalar da qurulacaq”.

Gülnar Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2

1Mənbələr

Şərh ()
Bağla