AZ

Yeni Haval H9-un seriya istehsalına başlanılıb

Çində yeni Haval H9-un seriya istehsalına başlanılıb. Yeni Haval H9 "kiçik qardaşı" Dargo-ya bənzəyir.

Marja xəbər verir ki, Yeni Haval H9 modeli 224 at gücü hasil edən iki litrlik benzin mühərriki ilə təchiz edilib və bu mühərrik səkkiz pilləli avtomatik transmissiya ilə birləşdirilir. Avtomobil həmçinin 186 at gücündə dizel mühərriki və doqquz pilləli avtomatik transmissiya ilə də satışa çıxarılacaq.

CarNewsChina-nın məlumatına görə, onun Çində qiyməti təxminən 170 min yuan (təxminən 40 min manat) təşkil edəcək. Hazırkı nəsil Haval H9 Çində 214,800 ilə 279,800 yuana (50-65 min manat) arasında dəyişən qiymətlərlə satılır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54

1Mənbələr

Şərh ()
Bağla